Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanıldılar - VİDEO

Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması və daşımasında şübhəli bilinən rayon sakini Zaur Məmmədov və Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Hikmət İsayev saxlanılıblar.

Həmin şəxslərin üzərilərinə, eləcə də Z.Məmmədovun avtomobilinə və evinə baxış keçirilən zaman ümumilikdə bir kiloqramdan artıq (1 165 qram) narkotik vasitə olan marixuana, eləcə də bir ədəd “Kalaşnikov” markalı avtomat, bir ədəd həmin silaha məxsus patron darağı və altı ədəd güllə aşkar olunaraq götürülüb.

Faktlarla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.

0.37581300735474