İnsanların həyatını xilas etmək üçün qalın buz təbəqələrini belə partladırlar - VİDEO

Hərbçilər Rusiyanın Tuva Respublikasının ərazisində yerləşən Çadan çayında buzun partladılmasını həyata keçiriblər.

REN TV xəbər verir ki, bu vasitə ilə hərbçilər ərazilərdə yaşayan sakinlərin evlərini və torpaq sahələrini subasmadan qoruyurlar.

Hərbçilər 150 kvadrat metr ərazini buzdan təmizləmək üçün 200 kiloqram trotil ekvivalentində partlayıcı istifadə ediblər. Ehtimal olunur ki, ərazini buzlardan tam təmizləmək üçün bir tona yaxın trotil maddəsi istifadə ediləcək.

1.0121519565582