İtaliya A seriyası böyük böhranla qarşı-qarşıya: Afrika Kubokundan gələn futbolçular bir-bir xəstələnir

Fil Dişi Sahilinin qalib olduğu Afrika Millətlər Kubokuna ötən həftə yekun vurulub.

Milli komandalarında mübarizə aparan futbolçular turnirdən sonra formasını geyindikləri komandalarına qayıdıblar.

Bir çox afrikalı futbolçunun çıxış etdiyi İtaliya A Seriyası hazırda malyariya kimi böyük bir böhranla üz-üzədir.

Belə ki, turnirdə mübarizə apardıqdan sonra qayıdan bəzi futbolçularda yüksək hərarət, titrəmə və ishal kimi simptomlar müşahidə olunub və dərhal xəstəxanaya yerləşdiriliblər.

“Fiorentina”nın 26 yaşlı Fil dişindən olan hücumçusu Kristian Kouame malyariya əlamətləri  ortaya çıxdıqdan sonra analiz verib. Malyariya olduğu təsdiqlənən oyunçunun xəstəxanada müalicəsinə başlanılıb.

“Roma”da oynayan Evan Ndicka Afrika Millətlər Kubokundan sonra tam müayinədən keçib və heç bir problem yaşamayıb, lakin son bir neçə gün sonra yüksək hərarət səbəbindən huşunu itirib.

Eyni zamanda “Fiorentina”dan Kristian Kouamenin malyariyaya tutulduğunun bilindiyi gün Zambiyadan da faciəli xəbər gəlib. Qadınlardan ibarət milli komandanın 24 yaşlı futbolçusu Norin Betani malyariya şübhəsi ilə aparıldığı xəstəxanada dünyasını dəyişib.

İtaliyada bir çox komandada afrikalı futbolçuların olduğunu nəzərə alsaq, malyariya kabusunun digər komandalara da keçmə ehtimalı yüksək olaraq qiymətləndirilir.

Mənbə: Kontraspor

0.074051141738892