“Barsa”nın keçmiş oyunçusu karyerasını erkən bitirə biləcəyini açıqladı - FOTO
“Udineze”nin hücumçusu Jerar Dolofeu 29 yaşında karyerasını bitirə bilər.
Bu barədə futbolçunun özü zədəsi ilə bağlı danışarkən bildirib.
“Dizimdən aldığım zədə səbəbindən artıq bir ildən çoxdur ki, sevimli işimi görə bilmirəm. Nələr keçirdiyimi təsəvvür belə edə bilməzsiniz... Bu ərəfədə anladım ki, bir daha heç vaxt oynaya bilməmək ehtimalı var”, - deyə o məyusluqla bildirib.
29 yaşlı Dolofeu 2020-ci ilin oktyabrından “Udineze”də çıxış edir. İspan futbolçu bu mövsüm heç bir oyun keçirməyib. Dolofeu və “Udineze” arasında müqavilə 2024-cü ilin yayında başa çatır.
Dolofeu “Barselona”nın yetirməsidir. İspaniya millisində dörd oyun keçirən hücumçu, həmçinin, müxtəlif ölkələrin klublarında (“Uotford”, “Everton”, “Milan” və “Sevilya”) çıxış edib.
Mənbə: Football24.ru