Makron və onun mətbuatı: Absurd 24 saat - VİDEO

“France 24” saytında, müəlliflərin fikrincə Azərbaycanı və onun Fransaya qarşı siyasətini “ifşa” etməli olan məqalə dərc olunub.

Bu barədə “Caliber”in “YouTube” kanalından yayımlanan yeni süjetdə bildirilib.

“Burada seçki mövzusu, təbii ki, başlanğıc nöqtəsi kimi istifadə edilir.

Bildirilib ki, fevralın yeddisində Azərbaycanda Prezident İlham Əliyev 92% səslə beşinci müddətə prezident seçilib və seçki Fransa-Azərbaycan münasibətlərinin pisləşməsi fonunda baş tutub.

Daha sonra məqalə müəllifləri Fransadan müşahidəçilərin seçkiyə dəvət edilməməsindən şikayətləniblər. Bu isə artıq həyasızlıqdır. Bir vaxtlar biz fransızları bu iş üçün dəvət etmişik. Bu, şübhəsiz ki, Bakının hədsiz tolerantlığının sübutudur. Lakin Parisdə bəzilərinin təhqiredici fəndlərindən sonra Bakının belə müşahidəçilərə dözməməsi tamamilə təbiidir”, - deyə videomaterialda qeyd edilib.

Daha ətraflı süjetdə:

 

0.079944133758545