“Dövlət başçısının çıxışı ötən 20 ilin hesabatı idi” - ŞƏRH + FOTO
“Dövlət başçısının andiçmə mərasimindəki bu çıxışı həm ötən 20 ilin hesabatı, həm də qarşıdakı illər üçün bir proqram idi”.
Bunu Bakunews.media-a açıqlamasında Prezident İlham Əliyevin andiçmə mərasimində səsləndirdiyi fikirləri şərh edən Milli Məclisin deputatı Jalə Əhmədova deyib.
O bildirib ki, andiçmə mərasimində etdiyi çıxışda Prezident İlham Əliyev ölkəmizin qarşıdakı siyasətinin əsas istiqamətlərini müəyyən etdi və ölkəmizin gələcəyi üçün vacib olan məsələləri diqqətə çatdırdı:
“Fevralın 7-də ölkəmizdə keçirilmiş növbədənkənar prezident seçkisində növbəti dəfə qələbə qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən cənab İlham Əliyev fevralın 14-də Milli Məclisdə əlini Konstitusiyamızın və Qurani-Şərifin üzərinə qoyaraq and içdi. Dövlət başçımız bununla növbəti tarixi və taleyüklü missiyanın icrasını öz üzərinə götürdü. Dövlət başçısının bu çıxışı həm ötən 20 ilin hesabatı, həm də qarşıdakı illər üçün bir proqram idi.
Dövlət başçımız çıxışında onu da bəyan etdi ki, yeni dövr başlayır. Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Bu dövrün böyük nailiyyətləri olacaq. Çünki son illərin tarixi onu göstərir ki, qarşıya qoyduğumuz bütün vəzifələr icra edildi”.
J.Əhmədova qeyd edib ki, cənab Prezident çıxışında onu da bəyan etdi ki, bizim ailəmiz Türk dünyasıdır və Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik:
“Bu, bizim üçün prioritetdir. İndi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, ailəmizdir. Bizim başqa ailəmiz yoxdur.
Dövlət başçısı Azərbaycan-Ermənistan münasibətlərinə də toxundu və bəyan etdi ki, bu gün, bu münasibətlərin əhəmiyyəti süni şəkildə şişirdilir. Ermənistanın havadarları daim bu məsələni müzakirə etmək istəyirlər, vasitəçi olmaq istəyirlər. Bizə bu məsələdə vasitəçi lazım deyil. İndi Ermənistan beynəlxalq hüququn normalarına riayət etmək istəyirsə, bu müqavilə imzalanacaq. İstəmirsə, yenə də bizə qarşı əsassız iddialar irəli sürüləcəksə, bu müqavilə imzalanmayacaq, ancaq Azərbaycan üçün heç nə dəyişməyəcək”.
Nəzrin Vahid