Fuad Əliyev: Azərbaycan üçün Fransanın ədalətsiz, qərəzli yanaşmasının, hədyanlarının heç bir çəkisi, əhəmiyyəti yoxdur
“Ermənistan ağıllı davransa Fransanın Cənubi Qafqazla bağlı gərginlik yaradan qızışdırıcı siyasətinə uymaz, özünün gələcək mövcudluğunu, inkişafını təmin etmək üçün Azərbaycan və Türkiyə ilə normal qonşuluq münasibətlərinin yaxşılaşdırılamasını təmin edər. Əks halda fransız bacılarının region maraqlarının qurbanına çevriləcəklər”.
Versus.Az xəbər verir ki, bunu siyasi ekspert Fuad Əliyev Fransa - Makron hakimiyyətinin Azərbaycana qarşı son qərəzli çıxışıları, yersiz iddiaları ilə bağlı açıqlamasında bildirib.
Fuad Əliyev hesab edir ki, Azərbaycan üçün Fransanın ədalətsiz, qərəzli yanaşmasının, hədyanlarının heç bir çəkisi, əhəmiyyəti yoxdur.
Fuad Əliyev qeyd edib ki, bununla belə Avropanın ən böyük dövləti olan Fransanın bu formada neokolonialist, azərbaycanafob, türkəfob siyasətini davam etməsi təəssüf doğurur:
“Makron Fransada hakimiyyətə gələndən sonra Ermənisatanı açıq şəkildə müdafiə edir, işğalçı dövləti silahlandırmaqla regionda gərginliyin qalmasına çalışır. Əgər Fransanın əvvəlki prezidentləri Azərbaycanla münasibətləri pozmamaq üçün işğalçı Ermənistana gizli dəstəklə yanaşırdısa, Makron hakimiyyəti revanşizmi dəstəkləyən açıq siyasətindən çəkinmir. Təbii ki, Makron kimi zəif, qərəzli siyasətçilər Azərbaycanın daxili işinə qarışa bilməz. Onun nə deməsindən asılı olmayaraq, artıq bölgədə işğala son qoyulub, qəsbkar dövlət sərhədlərdən qovulub və hazırda viran edilmiş həmin ərazilərdə bərpa işləri gedir. Ermənistanın təcavüzü nəticəsində öz yurdlarından məcburən uzaqlaşan azərbacanlılar öz doğma torpaqlarına qayıdırlar. Belə bir vaxtda Emmanuel Makronun Fransada oturub Qafqazı öz xoşuna tərk edib gedən erməniərin alnına “etnik təmizləməyə məruz qalan” etiketi yapışdırıb, Azərbaycana yersiz müdaxilələr etməsi absurddur. 30 il ərzində qeyri-qanuni Qarabağda məskunlaşan ermənilər müharibədən sonra öz xoşu ilə köçüb gediblər. Bunu köç zamanı dünya televiziyalarına müsahibələr verən ermənilər özləri də etiraf ediblər. Vaxtilə Qarabağda yaşamış son 20-30 il ərzində çoxdan ərazilərimizdən çıxıb getmiş ermənilər Rusiyaya, Avropaya köçüblər. Qarabağda qalan ermənilər sonradan Livan, Suriyadan gətirilən ermənilərdir. Bu ermənilərdən soruşanda ki, Qarabağda nə vaxtdan yaşayırsz, etiraf edirdilər ki, 20-30 il... Qarabağı erməniləşdirmək üçün bu ərazilərə pul, müəyyən vədlərlə köçürülən ermənilər getməli idi və getdi. Makron buna görə özünü yormamalıdır”.
Fuad Əliyev vurğulayıb ki, işğaldan əvvəl Azərbaycanda yaşamış mülki ermənilərin geri qayıtması ilə bağlı problem yoxdur və dövlət başçımız bu barədə açıq şəkildə fikirlərini dünyaya bəyan edib:
“Azərbaycan Prezidenti dəfələrlə çıxışlarında bildirib ki, kimlər Azərbaycan qanunlarını, vətəndaşlığını qəbul edib sakit, dinc yaşamaq istəyrsə, digər xalqlar kimi ermənilərin də hüquqlarını qorumağa, təhlükəsizliyini təmin etmyə hazırıq. Lakin bu, 1986-cı ilə qədər orada yaşamış ermənilərə aiddir. Münaqişə başlayandan sonra ərazilərə köçüb gələn ermənilərin burda yeri yoxdur”.
Fuad Əliyev eyni zamanda qeyd edib ki, Fransa prezidenti Makronun bu gün Ermənistanın baş naziri Nikol Paşinyandan da çox ermənilik etməsi gülüncdür:
"Çünki Paşinyan Qarabağ məsələsinin bitdiyini, sülhə hazırlaşdıqlarını dediyi halda, Makron ermənilərə silah verib, onları torpaq iddiası ilə müharibəyə təhrik edir. Fransa ermənidən çox ermənilik edir. Fransanın nə regionda, nə də dünyada elə bir nüfuzu yoxdur. Makron Avropada hömətsiz başçıdır. Bunlar aydındır və biz öz işimizi davam edrik. Ermənistan Konstitusiyasın dəyişməli orada Azərbaycana, Türkiyəyə qarşı olan ərazi iddiası ilə bağlı maddəsi götürülməlidir. Yalnız bundan sonra sülh müqaviləsi bağlana bilər. Ermənistan digər öhtəliklərini də yerinə yetirməlidir. Başqa çıxış yolu yoxdur”.