“Qarabağ”ın qapıçısı Avropanın ən yaxşısı oldu

“Qarabağ”ın rusiyalı qapıçısı Andrey Lunyov cari avrokubok mövsümündə seyvlərinin sayına görə köhnə qitənin bütün qapıçıları arasında ən yaxşısı olub.

Bu barədə “Opta Sports” öz “Telegram” kanalında məlumat yayıb.

Mənbənin sözlərinə görə, Lunyov Avropa Liqası və Konfrans Liqasının 8 oyununda komandasını 36 dəfə xilas edib.

O, bu avrokubok mövsümündə qapısına vurulan 47 zərbədən 72%-ni qaytarıb. Eyni zamanda qapıçı avtoqollar istisna olmaqla, 12 qol buraxıb.

Xatırladaq ki, Lunyov “Qarabağ”a ötən yay azad agent kimi keçib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalında verilən məlumata görə, qapıçının bazar dəyəri 1 milyon avrodur.

0.073765993118286