Mətanət İsgəndərli: “Hələ də o əziyyətləri yaşayıram”

“Bir Allahım, bir də özüm bildim ki, nə əziyyət çəkdim. Hələ də o əziyyətləri yaşayıram. Allah uzaq eləsin, insanlar bir-birinə qarğış edib deyirlər ki, “Görüm sənin evin dağılsın”. Dünyada evin dağılmasından dəhşətli bir şey yoxdur. Ən çox da uşaqlar zərbə alırlar”.

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli verilişlərin birində deyib. O, yaşadıqlarını sınaq adlandırıb:

“Həmişə bununla rahatlayıram, deyirəm ki, Allahın bir imtahanıdır. Bu dünyada elə bir insan yoxdur ki, onu Allah imtahana çəkməsin. Ancaq səbr göstərməlisən, çünki səbr edənləri Allah mükafatlandırır. Hər şeyi ona buraxıram. Deyirəm ki, mən çəkildim geri, sən özün idarə et, yoluna qoy. Görürəm ki, hər şey yavaş-yavaş öz yoluna düşür”.

Qeyd edək ki, M.İsgəndərlinin oğlu Kərim keçmiş gəlini Canana ilə bir neçə il əvvəl qalmaqallı şəkildə boşanıb. Onlar arasındakı söz-söhbət illərdir bitmək bilmir.

0.35853099822998