Türkiyə parlamentinin sədri: “Azərbaycan xalqının dərdini ürəkdən bölüşürəm” - FOTO
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar paylaşım edib.
“1992-ci il fevralın 26-da Xocalıda ermənilər tərəfindən qətlə yetirilən uşaq, qoca və qadın - bütün qardaşlarımızın xatirəsini hörmətlə yad edir, Azərbaycan xalqının dərdini ürəkdən bölüşürəm.
Bütün dünya insanlığa qarşı törədilən bu cinayətin qurbanlarına məhəl qoymasa da, onlar həmişə var olacaqlar. Azərbaycanlı qardaşlarımızı hər zaman yaxşılıqla xatırlayacağıq”, - o, “X” sosial şəbəkəsində yazıb.
26 Şubat 1992 günü Ermeniler tarafından Hocalı'da çocuk, yaşlı, kadın demeden şehid edilen kardeşlerimizi rahmetle anıyor, Azerbaycan halkının acısını yürekten paylaşıyorum.
— Numan Kurtulmuş (@NumanKurtulmus) February 26, 2024
Tüm dünya, insanlığa karşı işlenen bu suçun mağdurlarını yok saysa da, onlar daha çok var olacak.… pic.twitter.com/WT9CapAwM6