İsveç millisi tarixdə ilk dəfə əcnəbi məşqçiyə tapşırıldı
İsveç millisi tarixdə ilk dəfə olaraq komandanın baş məşqçisi vəzifəsinə əcnəbi şəxsi təyin edib.
Komandanın sükanı danimarkalı Yon Dahl Tomassona tapşırılıb.
“Mən bu böyük işə başlamağı, azarkeşlər, oyunçular və əlbəttə ki, İsveç mediasının nümayəndələri ilə görüşməyi səbirsizliklə gözləyirəm”, - o bildirib.
Qeyd edək ki, futbolçu karyerası ərzində Tomasson “Nyukasl”, “Feyenoord”, “Milan”, “Ştutqart” və “Vilyarreal”da çıxış edib. O, artıq Danimarka millisində köməkçi məşqçi kimi fəaliyyət göstərib. 47 yaşlı mütəxəssis “Malmö” və “Blakbörn Rovers”ə rəhbərlik edib.
Mənbə: championat.com