Azərbaycan Premyer Liqası dünyanın ilk 10-luğuna düşdü
Azərbaycan Premyer Liqası oyunlarda qeydə alınan qayda pozuntularının sayında dünyanın ilk 10-luğuna düşüb.
Bu barədə Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CİES) məlumat yayıb.
Bildirilib ki, çempionatın hər matçında orta hesabla 27,56 kobudluq olur.
Bu baxımdan Premyer Liqa araşdırma aparılan 71 çempionat arasında 10-cu yerdədir.
CİES, eyni zamanda vərəqələr və uzatma dəqiqələri ilə bağlı da araşdırma aparıb. Hesabat dövründə çempionatımızda 179 oyun keçirilib və orta hesabla hər görüşdə 4,47 sarı vərəqə göstərilib. Bu, dünyada 38-ci göstəricidir. Qırmızı vərəqələrin orta sayı isə 0,16-ya bərabərdir. Premyer Liqa bu baxımdan intizamlı olması ilə seçilir. Çünki cəmi 12 liqa Azərbaycan çempionatından daha intizamlıdır.
Bundan başqa, Azərbaycan çempionatının matçlarına orta hesabla 8 dəqiqə 11 saniyə vaxt artırılıb. Bu, ən çox vaxt artırılan 50-ci liqadır.