AVRO-2024: Azərbaycanın həndbol millisi Litvaya qalib gəlib - FOTO

Azərbaycanın qadınlardan ibarət həndbol millisi 2024-cü ildə təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsində növbəti matçına çıxıb.

Bakunews.media məlumatına görə, Bakı İdman Sarayında Litvanı sınağa çəkən yığma rəqibinə 35:33 hesabı ilə qalib gəlib.

5-ci qrupda yer alan komandamız daha əvvəl Şimali Makedoniya (17:40) və İspaniyaya (18:38) uduzub.

Qeyd edək ki, yığmamız IV tur çərçivəsində martın 3-də Litvanın qonağı olacaq.

0.47281312942505