Kahramanmaraşda yüzlərlə pul seyfi sahibini gözləyir

Türkiyənin Kahramanmaraş şəhərinin Polis İdarəsi zəlzələ zamanı dağıntılar altından çıxarılan 200 polad seyfin hələ də mühafizə altında olduğunu və sahiblərinə qaytarıla biləcəyini açıqlayıb.

Şəhərin polis idarəsindən bildirilib ki, əgər müraciət daxil olarsa, araşdırma aparılacaq, ardınca seyflər sahiblərinə və ya varislərinə təhvil veriləcək.

Bundan başqa, tapılan və sahibinə qaytarılması mümkün olmayan seyflər barədə xüsusi komissiya qərar verəcək.

Xatırladaq ki, 2023-cü il fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətində Pazarcık rayonunda olan 7,7 bal və Elbistan rayonunda olan 7,6 bal gücündə iki zəlzələ nəticəsində ümumilikdə 11 vilayətdə 50 mindən çox insan həlak olub.

Mənbə: Haber Global

0.42123699188232