İngiltərə Kuboku: “Çelsi”, “Mançester Yunayted” və “Liverpul” 1/4 finalda - VİDEO

İngiltərə Kubokunda 1/8 final mərhələsinin görüşləri baş tutub.

“Çelsi” “Lids”lə gərgin mübarizədən qalib ayrılıb. “Zadəganlar” matça əlavə olunmuş dəqiqələrdə qələbə qolunu vuraraq 1/4 finala adlayan tərəf olublar - 3:2.

“Mançester Yunayted” səfərdə “Nottingem”in qonağı olub. “Qırmızı şeytanlar” Kazemironun 89-cu dəqiqədəki qolu ilə tur adlayıblar - 0:1.

“Liverpul” doğma meydanda “Sauthempton”a şans verməyib. Yurgen Klopun yetirmələri 3:0 hesablı qalibiyyətin ardından 1/4 finala vəsiqə qazanıblar.

 

0.35599589347839