Rusiya sakini illər əvvəl doqquz insanın öldüyü sirli Dyatlov aşırımına qalxdı: Çarəsiz vəziyyətə düşdü

Rusiyanın “Rostex” Milli Sanitar Aviasiya Xidməti Dyatlov aşırımında koronavirus infeksiyasından sağalmaq istəyən bir şəxsi xilas edib.

Bu barədə dövlət korporasiyasının saytında məlumat verilib.

Rusiya sakini Dyatlov aşırımına qalxıb və bunun onu xəstəlikdən xilas edəcəyinə inanıb. Lakin bu zaman ürəyində problemlər yaranıb və xilasetmə qrupları hadisə yerinə uçmalı olublar.

“Ural sərt bölgədir, turistlər arasında məşhurdur. Bundan əlavə, burada çatılması çətin olan çox sayda yaşayış məntəqələri var. Keçən il helikopterlər vasitəsilə 600-dən çox insanın həyatı xilas edilib”, - deyə Milli Sanitar Aviasiya Xidmətinin Sverdlovsk vilayəti üzrə nümayəndəsi Petr Eqovsev bildirib.

Qeyd edək ki, 65 il əvvəl, 1959-cu il fevralın 2-nə keçən gecə, subpolyar Ural ərazisində iki dağ arasındakı aşırımda tələbə İqor Dyatlovun rəhbərlik etdiyi Ural Politexnik İnstitutunun turist qrupunun doqquz üzvü həlak olub. Onların axtarışları bir neçə həftə çəkib, ölümləri ilə bağlı cinayət işindəki bir sıra qəribəliklər isə məsələni tapmacaya çevirib və sirlilik qatıb. Aşırım ölən turist qrupunun şərəfinə Dyatlov aşırımı adlandırılıb.

Faciə ilə bağlı 78 versiya ortaya çıxıb ki, həmçinin qar insanlarının hücumu, Mərkəzi Kəşfiyyat İdarəsinin agentlərinin hiylələri və kosmosdan gələn yadplanetlilərin hücumu kimi fikirlər irəli sürülüb.

Mənbə: MK.ru

0.4141538143158