59 yaşlı Monika Belluççi məşhur jurnalın yeni siması olub - FOTO

Aktrisa Monika Belluççi “Vogue Arabia” jurnalının yeni sayının siması olub.

59 yaşlı aktrisa dar bej libasda foto çəkdirib. Fotoqraf proyektordan istifadə edərək aktrisanın özünün portretini çıxarıb.

Belluççi bej rəngli donunu iri daşları olan boyunbağı ilə tamamlayıb. Saçları yüngül lokonlu, üzünün makiyajı isə bürünc tonlardadır.

Qeyd edək ki, Monika Belluççi rejissor Tim Burtonla münasibətdədir. Məşhurların sevgili olduqları ilə bağlı şayiələr 2023-cü ilin fevralında ortaya çıxdı.

Mənbə: Gazeta.ru

0.43690586090088