Kamal Baharlının evinə basqın olub

 

ALDP Mətbuat Xidmətini xəbər verir ki, partiyanın Nizami Rayon Təşkilatın sədri Kamal Baharlının evinə basqın olub. Bununla bağlı, Kamal Baharlının ailə üzvləri partiyanın Mətbuat Xidmətinə bildiriblər ki, maskalı şəxslər evə hücum edərək, Kamal Baharlını naməlum istiqamətə aparıblar. Bu hadisədən ailə üzvləri, xüsusilə onun həyat yoldaşı, çox qorxub.

Partiya bununla bağlı Bəyanat qəbul edib.Bəyanatda deyilir:

ALDP olaraq bu qanuna zidd hərəkətləri pisləyir və Kamal Baharlının evinə basqın edən şəxslərin tapılmasını və məsuliyyətə cəlb olunmasını tələb edir.

0.057765960693359