Salyan xəstəxanasına baş həkim təyin edildi

Salyan Mərkəzi Rayon Xəstəxanasına baş həkim təyin olunub.

“Report”un yerli bürosunun məlumatına görə, bu vəzifəyə Yeganə Ağabala qızı Əliyeva təyin edilib.

1965-ci ildə Salyanda anadan olan Y.Əliyevə 35 ilə yaxındır xəstəxanada cərrah-həkim kimi fəaliyyət göstərib.

Qeyd edək ki, bundan əvvəl xəstəxananın baş həkimi Nurlan Hüseynov idi.

0.056487083435059