“Zelenskinin Ermənistana səfərin ləğv edən Paşinyanın Putinlə münasibətləri bərpa etmək istəyi puç olacaq”
“Zelenskinin Ermənistana səfərin ləğv edən Paşinyanın Putinlə münasibətləri bərpa etmək istəyi puç olacaq”
Bunu Azreform.info-ya siyasi ekspert Fuad Əliyev açıqlamasında bildirib.
Onun sözlərinə görə Qərb regionda sabitliyin pozulmasına çalışır:
“Bu Qərbin xəttidir. ABŞ və Fransa sözdə Azərbaycan-Ermənistan münasibətlərin normalaşdırılmasına, əslində isə, gərginləşməsinə çalışırlar. Bu iki ölkə Azərbaycana qarşı ikili standart siyasətini aparıb və indi də davam edir. İndi aydın olur ki, ATƏT-in Minsk qrupuna daxil olan bu iki ölkə, məsələnin həllinə yox, uzadılmasına çalışırdılar. Bizim başımıza yastıq qoyub, ermənilərə dəstək verirdilər. 30 il bizə vəd verirdilər ki, məsələ həll olunacaq, müharibə haqqında fikirləşməyin. Bu du bunların “demokrat” yanaşması”.
Fuad Əliyevin sözlərinə görə Zelenskinin baş tutmayan səfəri regionda sabitliyin pozulmasına hesablanmışdır:
“NATO dolayısı, Ukraynada Rusiya ilə müharibə aparır. Zelenskinin başı bu müharibəyə qarışıb. Ermənistan mətbuatına sızan məlumatlara görə, Qərb Ukraynanın prezidenti Zelenskini Ermənistana səfərə göndərmək istəyirdi. Zelenskinin Qərb ölkələrinə səfərləri hardasa başa düşmək olur. Gedib silah istəyir. Amma müharibənin bu qızğın bir vaxtda, onun Ermənistanda nə işi var? Hesab edirəm ki, əgər doğrudan da bu səfər planlaşdırılmışdır, onda, Zelenskinin baş tutmayan səfəri, regionda sabitliyin pozulmasına hesablanmışdır. Onsuzda Ermənistanın Rusiya ilə münasibətləri, demək olar ki, yox səviyyəsinə gəlib çıxıb. İndi Paşinyan ikibaşlı oyun oynayır. Qərbin göstərişilə oturub-duran Paşinyan, Putin ilə münasibətləri tam kəsmək istəmir. Amma, Zelenskinin Ermənistana səfərin ləğv edən Paşinyanın Putinlə münasibətləri bərpa etmək istəyi puç olacaq”.