Sakinlərin istirahət yerinin dağıdılması ilə bağlı icra hakimiyyəti və şirkətdən AÇIQLAMA - FOTO

Xətai Rayon İcra Hakimiyyəti Gəncə prospekti, 105 ünvanında sakinlərin istirahət yerinin dağıdılması ilə bağlı yayılan münasibət bildirib. 

İH-dən Bakunews.media-ın sorğusuna cavab olaraq bildirilib ki, ərazidə tikinti üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən bütün normalara uyğun sənəd var:

“Layihə üzrə həmin ərazidə bina tikiləcək və müasir tipli gözəl park salınacaq. Həmin park da ərazidə yaşayan hər bir sakinin xidmətində olacaq”.

“Sultan Y” MMC-dən isə Bakunews.media saytına bildirilib ki, tikinti aparılan ərazilərə bütün lazımi sənədlər mövcuddur:

“Ərazi şirkətə məxsusdur. Aidiyyəti qurumlar tərəfindən 2017-ci ildən orada çoxmərtəbəli binanın tikintisinə icazə verilib. Ərazidə ikibloklu bina inşa ediləcək və park salınacaq”.

İlhamə Əbülfət

0.082519054412842