Həmyerlimiz Lionel Messi ilə birgə təsis etdiyi fonda rəhbərlik edəcək - FOTO

Həmyerlimiz, “For Azerbaijan” xeyriyyə təşkilatının sədri Samir Süleymanov dünyaşöhrətli futbolçu Lionel Messi ilə birgə təsis etdiyi “Join The Planet” Fondunun İdarə Heyətinə rəhbərlik edəcək. Fond ətraf mühitin mühafizəsinə yönəlmiş layihələrin maliyyələşdirilməsinə xidmət göstərəcək.

BƏƏ-də təşkil olunmuş COP28 sədrliyinin maliyyə gündəliyinin layihələndirilməsi və çatdırılması üzrə direktor olmuş Samir Süleymanov bu xəbəri şəxsi “LinkedIn” hesabında bildirib.

“Join The Planet” (JP) Fondu Leo Messi və digər əfsanələrdən gələn ilhamı davamlı iqtisadiyyatın qurulmasında fərdlərə və icmalara yönəltmək üçün yaradılmış xüsusi layihədir.

İnteqrasiya edilmiş biznes və xeyriyyəçilik yanaşması iqlim dəyişiklikləri ilə mübarizədə etibarlı və davamlı maliyyə mənbələrini təmin etmək üçün nəzərdə tutulub”.

Xatırladaq ki, Fondun İdarə Heyətində dünyaca məşhur siyasətçilər, idmançılar və s. tanınmış insanlar var.

Artıq “Join The Planet” (JP) Fondu rəsmi saytında bu xəbəri təsdiqləyib.

0.057267904281616