Bataqlıqda olan Ermənistanın Avropa İttifaqına yalvarışı: Müdafiə nazirinin Borrelə yazdığı məktub üzə çıxdı
Sosial şəbəkələrdə Ermənistanın müdafiə naziri Suren Papikyanın Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borelə ünvanladığı məktubun surəti yayılıb.
Mənbələr Ermənistan hakimiyyətinin hər şeyi inkar edəcəklərinə, qaranı ağ adlandıracaqlarına baxmayaraq məktubun etibarlılığına 99% əminlik ifadə ediblər.
Məktubda Papikyan Avropa Sülh Fondu vasitəsilə “logistika və hərbi tibb sahəsində” Aİ-dən yardım istəyib.
Papikyan müraciətində bu yardımın Ermənistanın təhlükəsizlik arxitekturasının şaxələndirilməsində mühüm rol oynayacağını deyib və bunun onlar üçün regionda mövcud reallıqları nəzərə alaraq həyati zəruri olduğunu bildirib.
Məktubdan görünür ki, Ermənistan və Aİ arasında sıx əməkdaşlıq yeni mərhələyə qədəm qoyur - bu, artıq ASF vasitəsilə təhlükəsizlik sahəsində tamhüquqlu əməkdaşlıqdır.
Xatırladaq ki, Ermənistan artıq sərhəddə Aİ-nin “müşahidə” yerləşdirib. Bütün bunlar isə Ermənistanın baş naziri Nikol Paşinyanın elan etdiyi KTMT ilə münasibətlərin və ölkədə başlanan rusofob kampaniya fonunda baş verir.