“Toplum” TV-nin ofisində axtarış aparılıb - RƏSMİ

Daxili İşlər Nazirliyi (DİN) “Toplum” TV-də axtarış aparılması ilə bağlı sosial şəbəkələrdə yayılan xəbərlərə münasibət bildirib.

“Report”un sorğusuna cavab olaraq DİN Mətbuat Xidmətinin rəhbəri, polkovnik-leytenant Elşad Hacıyev bildirib ki, paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.

“Əlavə məlumat veriləcək”, - E.Hacıyev deyib.

0.071761846542358