Vəzifə saxtakarlığında təqsirli bilinən keçmiş həkim-cərraha bəraət verilib? - RƏSMİ AÇIQLAMA

Bəzi sosial şəbəkə səhifələrində 15 nömrəli şəhər Poliklinikasının həkim-cərrahı vəzifəsində işləmiş Könül Sultanova barəsində Bakı Apellyasiya Məhkəməsi tərəfindən bəraət hökmü çıxarılması barədə məlumatlar yayılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, Könül Sultanovanın Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində istintaq edilərək baxılması üçün aidiyyəti üzrə Binəqədi Rayon Məhkəməsinə göndərilib və məhkəmənin hökmü ilə o, təqsirli bilinərək, üç min manat cərimə cəzasına məhkum edilib.

Bakı Apellyasiya Məhkəməsi tərəfindən K.Sultanova barəsində çıxarılmış bəraət hökmündən martın altısında dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilib.

Qeyd edək ki, K.Sultanova əlillik dərəcələrinin verilməsi məqsədilə təyin edilmiş diaqnozları saxtalaşdırmaqda təqsirli bilinib.

0.042853116989136