2024-cü ilin “Futbol əfsanələri” məlum oldu - FOTO

İngiltərənin ən çox mükafat alan qadın futbolçusu Farah Uillyams və “Mançester Yunayted”in bombardir-rekordçusu Ueyn Runiyə sabah “Futbol əfsanələri” Mükafatı (“Football Legends”) təqdim ediləcək.

Bu barədə mükafatın rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, “Futbol Əfsanələri” - “Nordoff” və “Robbins” musiqi terapiyası xeyriyyəçiliyinə kömək məqsədilə Premyer Liqa tərəfindən dəstəklənən illik xeyriyyə vəsaiti toplama tədbiridir. 1997-ci ildən bu günə qədər 8,5 milyon funt sterlinq toplanıb.

Mənbə: Championat.com

0.41944313049316