Zəngli saatın musiqisini seçərkən nəyə diqqət etməliyik? - Somnoloqdan AÇIQLAMA

“Zəngli saatın monoton səsi tez oyanmağımıza kömək etmir, çünki bu səs artıq yuxumuza “daxil olur”.

Bu barədə rusiyalı somnoloq Yelena Sareva danışıb.

Mütəxəssisin sözlərinə görə, zəngli saatın melodiyası nə qədər şən və ritmikdirsə, oyanma prosesi də bir o qədər aktiv olur.

Ritmik səslər ürək döyüntüsünü və bədən hərarətini artırdığı üçün daha tez ayağa qalxmağınıza kömək edir. Çox vaxt zəngli saat üçün sakitləşdirici klassik musiqilər qoyulur, lakin bu səs gümrahlaşdırıcı və canlandırıcı olmalıdır.

Mənbə: mir24.tv

0.14749503135681