Bakıda yanan məscidin təmiri üçün niyə pul ayrılmır? - FOTO

Ötən ay Bakıda yanan məscidin təmiri üçün pul yığılır.

Bakunews.media-ın məlumatına görə, bu barədə sosial şəbəkələrə paylaşım edilib. 

Bildirilib ki, Sabunçu rayonunda yerləşən Cümə məscidində baş verən yanğın nəticəsində ibadət yeri yararsız vəziyyətə düşüb.

Məscidin təmiri üçün lazım olan vəsaitin yardımsevər şəxslərin yığılması üçün kampaniya başladılıb. 

Bakunews.media saytı məscidin təmiri üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən niyə pul ayrılmaması ilə bağlı quruma sorğu ünvanlansa da, heç bir cavab verilməyib.

İlhamə Əbülfət

0.048381090164185