Avrokuboklar: “Fənərbağça” üç, “Milan” dörd qolla qalib gəldi - VİDEO
UEFA Avropa və Konfrans Liqalarında 1/8 final mərhələsinin ilk görüşləri baş tutub.
Avroliqada çıxış edən “Milan” doğma meydanda Praqa təmsilçisi “Slaviya”nı qəbul edib. Qonaqlar artıq 26-cı dəqiqədən azlıqda qalıblar. Say üstünlüyündən yararlanan italyanlar oyundan qalib ayrılıblar - 4:2.
Gecənin digər matçlarında “Marsel” “Villareal”ı darmadağın edib - 4:0, “Frayburq” “Vest Hem”dən üstün olub - 1:0, “Benfika” isə “Rencers”lə sülh bağlayıb - 2:2.
Konfrans Liqasında mübarizəni davam etdirən “Fənərbağça” Belçikada “Yunion”un qonağı olub. İstanbul klubu Sent-Jilluaz komandasını 2 cavabsız qolla üstələyib - 0:3.
Azərbaycan millisinin üzvü Mahir Emrelinin forma geydiyi Zaqred “Dinamo”su Yunanıstan PAOK-unu qonaq edib. Xorvatlar da rəqibini 2 top fərqi ilə məğlub ediblər - 2:0.