Dodik Ariyanto: “İslamofobiya artıq bir qlobal fenomen halını alıb”

“İslamofobiya artıq bir qlobal fenomen halını alıb. Biz BMT Baş Assambleyasının islamofobiyaya qarşı mübarizə ilə bağlı qətnaməsinin qəbul edilməsini mütərəqqi bir hal kimi qiymətləndiririk. Bu cür sənədlər qlobal səviyyədə islamofobiyanın mövcud olduğunu təsdiqləyir”.

AZƏRTAC xəbər verir ki, bu sözləri İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İslamofobiyanın Müşahidə Mərkəzinin rəhbəri Dodik Ariyanto Bakıda islamofobiyaya həsr olunan beynəlxalq konfrans çərçivəsində keçirilən “Tolerantlığı, sülhü, insan hüquqlarına və dini müxtəlifliyə hörməti təşviq etmək üçün qlobal dialoqa çağırış” adlı plenar iclasında söyləyib.

O, hökumətlərin, QHT-lərin, beynəlxalq təşkilatların bu mübarizədə mühüm rolunu qeyd edib:

“İslamofobiyaya qarşı mübarizə fərqli cəbhələrdə baş verməlidir. Burada, əlbəttə ki, dinlərarası dialoq mühüm rol oynayır. Biz bu kimi tədbirlərin sayını artırmalıyıq. Tolerantlıq, sülh və əmin-amanlığı təbliğ etməliyik”.

0.095018863677979