Azərbaycanın qadın boksçusu ispaniyalı rəqibinə qalib gəlib

Azərbaycanın qadın boksçusu Şəhla Allahverdiyeva İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirində ispaniyalı Mariana Soto Torresə qalib gəlib.

Federasiyadan Bakunews.media-a verilən məlumata görə, 66 kq çəkidə mübarizə aparan boksçumuz 1/16 finalda rəqibini 5:0 hesabı ilə məğlub edib.

Ardıcıl ikinci qələbəsini qazanan Şəhla Allahverdiyeva 1/8 final döyüşünə martın 9-da çıxacaq.

Qeyd edək ki, bu gün Azərbaycanın daha iki boksçusu qüvvəsini sınayacaq. Marjona Savriyeva (50 kq) Meylin Çala Susanla (Ekvador), Ümid Rüstəmov (57 kq) isə Bakari Hassanla (Keniya) döyüşəcəklər.

0.055608987808228