Məzahir Pənahov bəzi namizədlərə xəbərdarlıq etdi

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deputatlığa namizədlərə xəbərdarlıq edib.

Bakunews.media-ın məlumatına görə, MSK sədri bildirib ki, deputatlığa namizədliyi qeydə alınmış şəxslərin hər biri seçkiqabağı təşviqat kampaniyası zamanı özünün görəcəyi işlər barədə məlumat verməlidir.

“Namizədlərin bir-birinin heysiyyatına toxunan addımları qəbuledilməzdir”, - deyə M.Pənahov əlavə edib.  

O deyib ki, seçkiqabağı təşviqat zamanı deputatlığa namizədlər öz qələbəsini başqasının məğlubiyyəti üzərində qurmamalıdır:

“Bir namizədin hansısa formada digər namizədə qarşı kampaniya aparması yolverilməzdir. Bu, qanuna ziddir. Bu cür namizədlərə xəbərdarlıq edilməlidir”.

0.89921593666077