Azərbaycan Premyer Liqası: “Sumqayıt” səfərdə “Səbail”ə qalib gəlib - YENİLƏNİB

Azərbaycan Premyer Liqasında XXVI tura start verilib

Bakunews.media xəbər verir ki, günün yeganə oyunu Bakıda baş tutub.

Turnir cədvəlinin üst pillələrində qərarlaşan “Səbail” və “Sumqayıt” “ASCO Arena”da münasibətləri aydınlaşdırıblar.

Görüş qonaqların minimalhesablı qələbəsi ilə sona çatıb. Yeganə qolu 10-cu dəqiqədə Kazemir Ninqa vurub.

Hesabında 39 xal olan “Sumqayıt” turnir cədvəlində ikinci pilləyə yüksəlib. “Səbail” isə 37 xalla üçüncü yerə enib.

Qeyd edək ki, turun digər oyunları martın 9-10-da keçiriləcək.

10:21

Azərbaycan Premyer Liqasında XXVI tura bu gün start veriləcək.

Bakunews.media-ın məlumatına görə, günün yeganə oyunu Bakıda baş tutacaq.
Turnir cədvəlinin üst pillələrində qərarlaşan komandalar “ASCO Arena”da münasibətləri aydınlaşdıracaqlar. 37 xalla ikinci olan “Səbail” doğma meydanda 36 xalla dördüncü sırada yer alan “Sumqayıt”ı qəbul edəcək.

Qeyd edək ki, turun digər oyunları martın 9-10-da keçiriləcək.
Azərbaycan Premyer Liqası

XXVI tur

8 mart

19:00. “Səbail” - “Sumqayıt”

Bakı, “ASCO Arena”.

0.3599328994751