Azərbaycan Kuboku: “Neftçi” və “Xəzri” yarımfinala yüksəlib - FOTO

Basketbol üzrə Azərbaycan Kubokunun A qrupunda növbəti iki oyun keçirilib.

Bakunews.media xəbər verir ki, günün ilk matçı “Neftçi” və “Cəlilabad” komandaları arasında baş tutub.

Görüş “ağ-qaralar”ın 82:71 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticə ilə “Neftçi” yarımfinala adlayıb.

Günün ikinci oyununda qrupun lideri “Xəzri” “Xırdalan”la qarşılaşıb. Matçı 75:64 hesabı ilə qalib tamamlayan “Xəzri” kubokun yarımfinalına vəsiqəni təmin edib.

Qeyd edək ki, A qrupunu lider bitirmək uğrunda “Xəzri” və “Neftçi” komandaları arasında oyun baş tutacaq.

0.2080659866333