Bədəni yanan Əlinin anası: “Tək övladımdır, atası vəfat edib, dəstəyimiz yoxdur” - FOTO
10 yaşlı Əlinin sizin dəstəyinizə ehtiyacı var.
Bu barədə Bakunews.media-a onun anası Aysel Əhlimanova məlumat verib.
O bildirib ki, övladı yanvarın 5-də yanıq xəsarətləri alıb.
“Əlinin on yaşı var. Biz Lerik rayonunda yaşayırıq. Yanvarın 5-də evdə sobanı yandırmaq istəyərkən üzü, əlləri yanıb. Hadisə günü onu dərhal rayon xəstəxanasına apardıq. Bizə Bakıya getməyin daha yaxşı olacağını desələr də, imkanımız olmadığı üçün gedə bilmədik. Orada yazılan müalicələri, dərmanları etdik. Hazırda müalicələri davam etdirməyə imkanımız çatmır. İnanın, vəziyyətimiz çox ağırdır. Hazırda həkimin dediyi mazları, dərmanları almaq üçün 500 manata ehtiyacımız var. Yoldaşım illər öncə dünyasını dəyişib, Əli isə tək övladımdır. İnanın, günü-günə satıb, bir təhər dolanırıq. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm. Əlinin mazlarını vaxtında tətbiq etmədikdə yaraları su toplayır, ağrılara dözə bilmir”.
Ailə ilə əlaqə: (051) 792-43-11.
Kapital Bank: 4169 7388 5424 8097.