Yanğında xəsarət alan iki yaşlı Zeynəbin sizin köməyinizə ehtiyacı var - FOTO

İki yaşlı Zeynəbin sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Bakunews.media-a onun anası Günel Hüseynova məlumat verib. 

O bildirib ki, övladı evlərində baş verən qısaqapanma zamanı çıxan yanğında yanıb.

“Zeynəb noyabr ayının 24-də evimizdə baş verən qısaqapanmadan yaranan yanğında ciddi yanıq xəsarətləri alıb. Bədəninin əksər hissəsi, xüsusən, üzü, başı çox yanıb. Yanğın olan gün biz Zeynəbi Bakıda yerləşən xəstəxanalardan birinə gətirdik”.

Günel Hüseynova övladının müalicəsi üçün 800 manata ehtiyacları olduğunu bildirib.

“Zeynəbin müalicəsi üçün əlimdə olan hər şeyi satmışam. Hazırda müalicəni davam etdirə bilmirik. Yaraları suluq edir, sarğılarını dəyişməyə bint, yaralarına vurmağa məlhəm ala bilmirəm. Övladım özünə qapanıb, həyatdan küsüb. Yardımsevər şəxslərdən övladıma dəstək olmaqlarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (099) 853-59-58.

Yardım üçün kart nömrəsi: 4169 7388 1732 5214

0.071122884750366