Cəbrayılda ağır qəza: Ölənlər və yaralananlar var - FOTO

Cəbrayılda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Marallı kəndində qeydə alınıb. “Mercedes” və VAZ-2107 markalı minik maşınlarının toqquşması nəticəsində üç nəfərin - Mehdi Mehdiyev, Etibar Əliyev və Əli Cəfərovun öldüyü bildirilir.

Xəsarət alan üç nəfər isə Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağı araşdırma aparılır.

0.056077003479004