Mingəçevirdə iki piyadanı avtomobil vurub

Mingəçevirdə yolu keçən iki xanım piyadanı avtomobil vurub.

“Unikal”ın məlumatına görə, hadisə 20 Yanvar küçəsində baş verib.

Belə ki, avtomobil yolu keçmək istəyən 2000-ci il təvəllüdlü Gülnarə Araz qızı Mustafayevanı və 2004-cü il təvəllüdlü Hafizə Vahid qızı Mustafazadəni vurub.

Hər iki yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

0.045370817184448