Qran-pri: Azərbaycanın bir cüdoçusu son gündə mübarizə aparacaq
Avstriyanın Linz şəhərində keçirilən cüdo üzrə Qran-priyə bu gün yekun vurulacaq.
Bakunews.media xəbər verir ki son gündə Azərbaycanın bir idmançısı mübarizə aparacaq.
Camal Qamzatxanov +100 kq dərəcəsində medallar uğrunda yarışacaq. O, 1/16 finalda qvineyalı Mustafa Fofananı sınağa çəkəcək.
Qeyd edək ki, ilk iki gündə Azərbaycanın dörd cüdoçusu çıxış edib. Onlardan yalnız gümüş medal qazanan Rəşid Məmmədəliyev (73 kq) fəxri kürsüyə qalxıb.