Pakistanlı ekspert: “Şuşanın gözəlliyi insanı valeh edir”
“Şuşa şəhərinin əzəmətli gözəlliyi insanı valeh edir”.
Bunu “Report”a Pakistan “Muslim Institute” elmi-tədqiqat institutunun ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Asif Tanver Avan deyib.
“Şuşa şəhərini öz gözlərimlə görmək ən böyük arzularımdan biri idi. Burada olmaqdan çox şadam. Şəhər 2024-cü ildə İslam dünyasının mədəniyyət paytaxtı elan edilib. Şuşa şəhərinin təbii gözəlliyinin tayı-bərabəri yoxdur”, - pakistanlı ekspert deyib.
Qeyd edək ki, Bakıda keçirilən iki günlük tədbirin sonunda “Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfransın iştirakçıları Şuşaya gəliblər. Konfrans iştirakçıları Şuşa şəhərinin bərpası və tarixi görkəminə qaytarılması istiqamətində aparılan işlərlə tanış olublar. Onlara şəhərin işğalı zamanı ermənilərin törətdikləri vandalizm aktları barədə məlumatlandırılıb.