Fuad Əliyev: Ona görə də növbəti parlament seçkiləri...
Xalq artıq İranın mövcud hakimiyyətinə inanmır, ona etibar etmir. Ona görə də növbəti parlament seçkiləri rüsvayçılıqla başa çatdı.
Bunu "Xalq Cəbhəsi"nə siyasi şərhçi Fuad Əliyev martın 1-də İranda keçirilən parlament seçkilərinə münasibətində deyib.
Fuad Əliyev qeyd edib ki, İran hakimiyyəti ənənəvi olaraq budəfəki seçkilərdə də ona yaxın namizədlərin iştirakını təmin etdi:
"Xalq istədiyi şəxsi o namizədlər arasında görmədi, bildi ki, seçkiyə qatılıb millət vəkili olmaq istəyənlər rejimin adamlarıdırlar. Ona görə də bu səsvermədə iştirak etmədi, proses rüsvayçılıqla başa çatdı, hətta bəzi əyalətlərdə seçkilər ikinci tura saxlanıldı. Bundan başqa Urmiya, Sulduz kimi qədim türk şəhərlərindən kürdlərin millət vəkili seçilmələri azərbaycanlıların haqlı etirazları ilə qarşılandı. Rejim kürdlərin parlamentə yolunu açmaqla azərbaycanlılara qarşı növbəti təxribatına, qəsdinə yol açdı. Bir daha fars-molla rejiminin azərbaycanlılara qarşı nifrəti ortaya qoyuldu".
Fuad Əliyev onu da vurğuladı ki, onsuz da bu parlament SEPAH və ETTELAAT-ın ideologiyasına xidmət edir, nüfuzu, çəkisi yoxdur, formaldır, Ali Dini liderin tapşırıqlarını yerinə yetirir:
"Amma bu seçki bir daha xalqın bu rejimə nifrətini, sayqısızlığını ortaya qoydu. Səsvermə hüququ olanların heç 20 faizi seçkidə iştirak etmədi. Rejim isə bu rəqəmi çox şişirtdi, onu da başa düşmək olar, başqa yolu yoxuydu".