Ailəsi soyqırıma məruz qalan Xocalı sakini öz evinin tikintisində iştirak edir - VİDEO
Ailə üzvləri soyqırıma məruz qalan Xocalı sakini hazırda doğma torpağında özünün və qardaşlarının mənzilinin tikintisində iştirak edir.
Xezerxeber.az-ın məlumatına görə, Xocalıdan ayrılanda Sovet Allahverdiyev 38 yaşında olub.
Soyqırımı gecəsi o da atasını, qardaşlarını itirib. İndi isə kədəri, sevinci ilə bərabər doğma yurduna qovuşub.
Soyqırımı gecəsi ailə üzvlərini itirən Sovet Allahverdiyev indi özünün və qardaşlarının mənzilinin tikintisində iştirak edir, yenidən qurulan Xocalıda bələdçi kimi işləyir. Öz evi ilə yanaşı, həmyerlilərinin də evinin yerinin müəyyən olunmasında tikintiyə məsul şirkətlərə yaxından kömək edir. Deyir ki, ermənilər təkcə evləri deyil, hətta həyətdəki ağacları belə məhv ediblər.
Böyük həvəslə həyətini göstərən Sovet Allahverdiyev deyir ki, köhnə Xocalı olmayacaq. Yerində Günəşin işığından ilham alan yeni bir şəhər salınacaq. Bu şəhəri əllərimizlə quracağıq. Quracağıq ki, Xocalının ruhu da şad olsun!
Ətraflı süjetdə: