Bakıda iki yolda qəza olub, sıxlıq yaranıb - FOTO

Bakı-Sumqayıt şosesi, Beynəlxalq Avtovağzalın qarşısında və Aeroport şosesində yol-nəqliyyat hadisələri baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, qəzalar səbəbindən metronun “20 Yanvar” stansiyası və hava limanı istiqamətlərində sıxlıq yaranıb.

Sıxlığın qarşısını almaq üçün tədbirlər görülür.

0.045685052871704