Fuad Əliyev: Rəsmi İrəvanı ruhlandıra Qərbdir
Ermənistanda antiRusiya siyasəti gündən-günə güclənir. Bu dəfə ermənilər İrəvanın Zvartnots hava limanı yaxınlığında aeroportda xidmət edən Rusiya sərhədçilərinin oradan çıxarılması tələbi ilə etiraz aksiyası keçiriblər.
Xarici ekspertlərin fikrincə, Ermənistan rus hərbçilərini ərazidən çıxarıb, NATO qüvvələrinin orada yerləşdirilməsinə çalışırlar. Rəsmi İrəvanı ruhlandıra isə elə Qərbdir.
Xatırladaq ki, 2 min nəfərlik əməkdaşı olan ən böyük Amerika səfirliklərindən biri Ermənistanda yerləşir və onların arasında çoxlu hərbçi var.
Siyasi ekspert Fuad Əliyevin fikrincə, Ermənistnın rəsmi Moskvaya acıq edib KTMT-dən çıxmaq iddiası və ərazisini Fransa, ABŞ-ın polirqonuna çevirmək istəyi ona baha başa gələcək:
“44 günlük müharibədə əldə etdiyimiz qələbəb təkcə Ermənistanı yox, Avropnın da narahatlığına səbəb olub. Ermənistn KTMT-ni İkinci Qarabağ mühribəsinə cəlb etmək istəyirdi, bun nə qədər cəhdlər etdi. Amma nail olmadı. Paşinyan Moskvya arxalanırdı ki, Putin Bakını dayandıracaq və yxud bu prosesdə Ermənistna həri dəstək göstərəcək. Bütün bunlar fiaskoya uğrayandan sonra Paşinyan Kremlə açıq formada xəyanət edərək, ipini Qərbin əlinə vermək məcburiyyətində qaldı. Amma Qərb Ermənistanı tələyə salacaq”.
Fuad Əliyevin fikrincə, Paşinyanın belə addımları Ermənistanı ikinci Ukraynaya çevirəcək. O, qeyde dib ki, Paşinyan Qərbdən idarə olunur:
“Paşinyan Soros-un maliyyə dəstəyilə hakimiyyətə gəlib. Bu gün də Qərb dairələrdən göstərişlər alır. Onun bu siyasəti təkcə Ermənistanda yox, Cənubi Qafqazın sabitliyinə təhlükə yaradır”.
Fuad Əliyevin fikirlərinə görə, Qərbi heç vaxt Ermənistn düşündürmür, onu marağı İrəvanı Moskvadan ayırmaq, uzaqlaşdırmaq NATO-nu Ermənistana çəkmək və Rusiyaya gözdağı verməkdir.