Əyləci boşalan avtobusdan sərnişinlər özlərini belə atdılar - VİDEO

Sərnişinlər əyləci boşalan avtobusdan özlərini yerə atdılar.

Dəhşətli kadrlar yola quraşdırılmış müşahidə kameraları tərəfindən qeydə alınıb.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

Bildirilib ki, hadisə Türkiyənin Trabzon şəhərində baş verib.

Məlumata görə, sürücüsü olmayan avtobusun əyləci boşalıb və o, yoxuş aşağı hərəkət etməyə başlayıb. İçəridə olan dörd sərnişin də çarəni ictimai nəqliyyatdan tullanmaqda görüblər.

Yaralılar xəstəxanaya çatdırılıblar. Onlardan birinin vəziyyəti ağır qiymətləndirilir.

Hadisə ilə bağlı istintaqa başlanılıb.

 

0.38493895530701