Azərbaycan gəncləri Qərbin maliyyələşdirdiyi bəzi media şəbəkələrinə necə qoşulurlar? - ARAŞDIRMA + VİDEO
Ötən həftə “Toplum” TV-nin ofisində axtarış-əməliyyat tədbirləri həyata keçirilib.
Belə ki, “Toplum” TV Qərb institutları tərəfindən maliyyələşdirilib
Pullar şəbəkəyə Gürcüstan vasitəsilə ötürülüb. TV-yə rəhbərlik edənlər bu fəaliyyətin təşkili üçün Qərb fondlarından yüz minlərlə dollar həcmində vəsaitlər alıblar. Məsələlərdən xəbərsiz olan gənclərə isə çox az məbləğdə vəsait verilib.
Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, onlar bu vəsaitlə məsələnin mahiyyəti barədə xəbəri olmayan gəncləri öz dövlətinə qarşı fəaliyyətə cəlb ediblər. Buna görə də bu prosesə aldadılaraq cəlb olunmuş şəxslər sərbəst buraxılıb.
Sözügedən media qurumlarında Azərbaycan haqqında bir dənə də olsun müsbət xəbər görmək mümkün deyil. Çünki onlar ancaq sosial, ictimai, siyasi istiqamətlər üzrə cəmiyyətdə narazılığın artırılması, gərginliyin yaradılması və inkişaf etdirilməsi yönündə xidmət göstərirlər.
Azərbaycanın hüquq-mühafizə orqanlarının bu kimi dırnağarası “azad” media orqanlarına qarşı mübarizə aparmasına qarşı xarici mediada qarayaxma kampaniyası davam etdirilir, Azərbaycan əleyhinə əsassız ittihamlarla dolu materiallar verilir. Bütün bu işlərin arxasında isə Qərb, konkret olaraq ABŞ dayanır. O ABŞ ki, orda mətbuat konfransında sual verən jurnalisti zorla, sürüyərək zaldan çıxarırlar. Öz daxilində hər hansı xarici təsiri qadağa edən, buna görə vətəndaşlarını məsuliyyətə cəlb edən ABŞ digər ölkələrdə, o cümlədən də Azərbaycanda bu işləri böyük həvəslə həyata keçirir. Müxtəlif ölkələrdə bu əməllərə qarşı tədbir görüləndə isə, xarici mediada həmin ölkəyə qarşı çirkin kampaniyalar təşkil edilir.
Ətraflı süjetdə: