“Beşiktaş” Qaziantepdən məğlub qayıdır - VİDEO

Türkiyə Super Liqasının 29-cu həftəsinin qapanış matçında “Beşiktaş” səfərdə “Qaziantep”ə 2:0 hesabı ilə uduzub.

Meydan sahiblərinə qələbə qazandıran qolları doqquzuncu dəqiqədə Deyan Soresku və 85-ci dəqiqədə Denis Draquş vurub.

“Beşiktaş”ın futbolçusu Cenk Tosun 89-cu dəqiqədə qazandığı penaltidə topu qapıçı Florin Nitanın qucağına göndərərək qol imkanından yararlana bilməyib.

Bu nəticədən sonra ardıcıl ikinci məğlubiyyətini alan “Beşiktaş” turu 46 xalla dördüncü pillədə başa vurub.

“Qaziantep” isə xalını 31-ə yüksəldib və 15-ci pilləyə qalxıb.

Qeyd edək ki, Super Liqanın 30-cu həftəsində “Beşiktaş” öz meydanında “Antalyaspor”la, “Qaziantep” isə səfərdə “Çaykur Rizespor”la qarşılaşacaq.

 

0.44252896308899