Makqreqorun sabiq məşqçisi qətlə görə həbs olunub

MMA döyüşçüsü Konor Makqreqorun məşqçisi Conatan Darqan qətldə təqsirli bilinərək 5,5 il müddətinə həbs olunub.

Bu barədə “BJPenn” xəbər verib.

Bildirilir ki, hadisə 2016-cı ilin martında baş verib.

Darqan 57 yaşlı irlandiyalı Paddi Mullalli ilə dalaşıb. Qarşıdurma zamanı Makqreqorun sabiq məşqçisi rəqibinin başına bir neçə zərbə vurub, nəticədə irlandiyalı yerə yıxılıb. Səhəri gün kişi ölüb.

Qeyd edək ki, UFC-nin sabiq çempionu Makqreqorun hesabında 22 qələbə və dörd məğlubiyyət var.

Cari ilin yanvarın 18-də həyata keçirdliyi son mübarizədə o, amerikalı Donald Serroneni nokauta salıb. 

0.39878606796265