Nazir Beyləqan və Yevlaxa yeni polis rəisləri təyin etdi

Beyləqan və Yevlaxa yeni polis rəisləri təyin edilib.

APA xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmrlər imzalayıb.

Əmrə əsasən, Binəqədi RPİ-nin rəis müavini, polis polkovniki Ceyhun Qurbanov Beyləqan RPŞ-nin rəisi vəzifəsinə təyin edilib.

Nazirin digər əmri ilə Beyləqan RPŞ rəisi, polis polkovniki Rüstəm Cəfərov Yevlax RPŞ-nin rəisi vəzifəsinə təyin olunub.

0.046627998352051