“Brexit” baş tutdu: Böyük Britaniya rəsmi olaraq Aİ-dən çıxdı - VİDEO

Böyük Britaniya Avropa İttifaqını rəsmi surətdə tərk etdi. Belə ki, “Brexit” yanvarın 31-də yerli vaxtla 23:00-da (Bakı vaxtı ilə 3:00-da) baş tutub. 

Aİ-nin tərkibindən çıxmamışdan öncə ölkənin Baş naziri Boris Conson xalqa müraciət edərək, Birləşmiş Krallığın gələcək inkişafının prioritetlərini qeyd edib.

Böyük Britaniyanın Aİ-nin tərkibindən çıxmasından sonra növbəti 11 ay ərzində tranzit dövrü olacaq. Böyük Britaniya və Aİ bir sıra mexanizmləri razılaşdırmalı və gələcək əməkdaşlığın konturlarını müəyyənləşdirməli olacaqlar.

0.45982909202576